...

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Siyasət Materials 25 Mart 2022 16:42 (UTC +04:00)
Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti