...

Fərrux kəndində kütləvi məzarlıq aşkarlanıb - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 30 Mart 2022 18:16 (UTC +04:00)

Bakı. Trend:

Fərrux kəndində aşkarlanan skeletlərin Xocalıda ermənilərin törətdiyi soyqırımı zamanı öldürülən və ya kənd uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımıza aid olduğu ehtimal edilir. Bunu daha dəqiq DNT ekspertizasından sonra biləcəyik. Bu faktlar bizə bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirmək üçün imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri çəkilməməkdə israrlı olmasının səbəblərindən biri də I Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalıdır. Hər tapılan kütləvi məzarlıq Ermənistanın ayaqlar altında sürünən beynəlxalq nüfuzuna yeni bir zərbə olacaq. Bundan sonra da həmin ərazilərdə kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür

Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Fərrux kəndində kütləvi məzarlıq aşkarlanıb, Ermənistanın hərbi cinayətləri, Azərbaycan xalqına qarşı soyqırım siyasətinin növbəti sübutu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hüquq müdafiəçisi Sahib Məmmədov, tarixçilər Nəsiman Yaqublu və Telman Nüsrətoğlu mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti