...

Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı (FOTO)

Siyasət Materials 12 May 2022 20:32 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı (FOTO)

Bakı. Trend:

2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Gününə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan bu sahədə Avropanın strateji və etibarlı enerji tərəfdaşıdır. Cənub Qaz Dəhlizi layihəsi enerji mənbələrini və Avropaya gedən xətləri şaxələndirməklə qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verir”, - Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstan, Yunanıstan və İtaliyaya 8,2 milyard kubmetr qaz nəql olunacaq.

Nazir müavini əlavə edib ki, Aİ həm də Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

"Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində əlverişli biznes mühiti yaradılıb. Ölkəmizdə Avropa İttifaqına üzv dövlətlərin 1700-dən çox şirkəti çalışır", - Mahmud Məmmədquliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti