...

Prezident İlham Əliyev: Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir

Siyasət Materials 28 May 2022 17:01 (UTC +04:00)
Prezident İlham Əliyev: Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir

Bakı. Trend:

“TEKNOFEST”in hörmətli qonağı qismində Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Sancar da təşrif buyurdu. Əziz bəylə keçən görüşümü xatırlayıram. Mənə dedi ki, onun böyük arzusu Şuşaya getməkdir. Mənimlə görüşdən sonra Şuşaya getdi. Bildirdi ki, həyatda nəyə nail olmaq istəyibsə, ona nail olub.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

“Gənclər üçün Əziz Sancar kimi insanlar örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insandır. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız”, - deyə dövlətimizin başçısı qeyd edib.

Selçuk Bayraktarı da səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti deyib: “Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” SİHA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm bir daha gördü ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün Selçuk bəy də gözəl örnəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti