...

Heydər Əliyev Fondu uşaqların hüquqlarının müdafiəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir - Deputat

Siyasət Materials 1 İyun 2022 17:34 (UTC +04:00)
Heydər Əliyev Fondu uşaqların hüquqlarının müdafiəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondu uşaqların hüquqlarının müdafiəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi məqsədinə xidmət edən çoxsaylı təşəbbüslərə daim dəstək verir. Çünki uşaqlara münasibət hər bir ölkənin öz gələcəyinə münasibətidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Birinci vitse-prezidentin təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 40-dan çox uşaq müəssisəsinin əsaslı şəkildə yenidən qurulduğunu xatırladan millət vəkili bildirib ki, bu tədbirlərin məqsədi uşaqları qayğı ilə əhta etməkdir.

“Yenidən qurulan uşaq müəssisələri müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar tikilib. Qeyd etdiyim bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa edilib. “Məzun evi” kimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub”, - deyə deputat qeyd edib.

S.Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasına dəstək Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. O qeyd edib ki, daun sindromlu uşaqların, talassemiya xəstəsi olan uşaqların müalicəsinə Heydər Əliyev Fondu tərəfindən davamlı dəstək verilir.

Millət vəkili vurğulayıb ki, uşaqlara göstərilən diqqət və qayğı dövlətin öz vətəndaşına həssas münasibətini ifadə etməklə yanaşı, onun gücünün, insani dəyərlərə sədaqətinin göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti