...

Slovakiya Milli Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 10 İyun 2022 18:51 (UTC +04:00)

Bakı. Trend:

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar iyunun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti