...

“Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bütün Türkiyəni sevincə boğdu - AK Parti rəsmisi

Siyasət Materials 16 İyun 2022 12:39 (UTC +04:00)
“Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bütün Türkiyəni sevincə boğdu - AK Parti rəsmisi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağdakı 44 günlük Vətən müharibəsindəki qələbəsi bütün Türkiyəni sevincə boğdu.

Trend-in məlumatına görə, bunu AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Əfqan Ala YAP Mərkəzi Aparatında AK Parti nümayəndə heyəti ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi ilə Zirvəyə çatan Türkiyə-Azərbaycan müttəqfiqlik münasibətləri bütün bölgənin xeyrinədir: “Şuşa bəyannaməsi bölgəyə istiqamət sənədidir. Bu sənədin hədəfi bölgədə daimi sabitlik və sülhün bərqərar olmasıdır. Şuşa Bəyannaməsinin dünya diplomatiya tarixində xüsusi yeri var və bu yeri artıq alıb. Türtkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi bölgənin inkişafı üçün çox mühümdür. Biz zəfərdən sonra 6-lı platforma anlayışını dünyaya bir barış platforması olaraq təqdim edə bilərik. Dünyada diplomatiyanın qələbəsi olaraq bunu təqdim edə bilərik. Bu, qələbəni davam etdirmək üçün bölgə ölkələri ilə münasibətləri bərpa etmək deməkdir. Yəni Azərbaycan daha bir neçə il əvvəl müharbə etdiyi, torpaqlarını işğal edən Ermənistana əməkdaşlıq təklif edir. Bu dünya diplomatiyasına bir örnəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti