...

Aİ Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün əlavə vəsait ayırıb - Toivo Klaar

Siyasət Materials 11 İyul 2022 19:16 (UTC +04:00)
Aİ Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün əlavə vəsait ayırıb - Toivo Klaar

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini dəstəkləmək üçün Azərbaycana əlavə 4,25 milyon avro ayırıb.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yazıb.

"Şadam ki, Aİ ən böyük donor kimi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin potensialının artırılması yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıtmasına dəstək” layihəsi çərçivəsində minaların təmizlənməsini dəstəkləmək üçün Azərbaycana əlavə 4,25 milyon avro ayırıb", - deyə T.Klaar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti