...

"Snayper hazırlığı" kursu başa çatıb (FOTO)

Siyasət Materials 15 İyul 2022 18:37 (UTC +04:00)
"Snayper hazırlığı" kursu başa çatıb (FOTO)

Bakı. Trend:

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında keçirilən “Snayper hazırlığı” kursu başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnən hərbi qulluqçular atəş hazırlığı üzrə praktiki vərdişlərini təkmilləşdiriblər.

Atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək müvəffəqiyyətlə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti