Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.
Trend-in Şimali Atlantika Alyansına istinadən verdiyi məlumata görə, görüş C.Bayramovun Brüsseldə NATO-nun mənzil-qərargahına səfəri çərçivəsində iyulun 19-na planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanın NATO ilə əməkdaşlığı ölkənin 1992-ci ilin martında Şimali Atlantika Əməkdaşlıq Şurasının Məşvərət Forumuna daxil olması ilə başlayıb və 1997-ci ildə bu qurum Avro-Atlantika Tərəfdaşlıq Şurası adlandırılıb.
1994-cü il mayın 4-də Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub.