...

MSK-da yeni struktur vahidi yaradıla bilər

Siyasət Materials 26 İyul 2022 17:05 (UTC +04:00)
MSK-da yeni struktur vahidi yaradıla bilər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasında (MSK) struktur vahidinin yaradılması ilə bağlı təkliflərin hazırlanması üçün qrup yaradılıb.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, gələcəkdə kadrların idarə olunması ilə bağlı yarana biləcək problemlərin qarşısını preventiv şəkildə almaq üçün yeni struktura ehtiyac yaranıb: “MSK-da bu sahədə struktur vahidinin təsisi məsələsinə baxaq. Çətinliklərin yaranmaması üçün əvvəlcədən hansı addımlar atmalıyıq, onu müəyyənləşdirməliyik və bu addımların atılmasına ehtiyac var. Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var. Təklif edərdik ki, bununla bağlı təkliflər hazırlansın”, - deyə o bildirib.

MSK sədri Məzahir Pənahov məsələnin ciddi olduğunu qeyd edib.

“Qrup yaradaq ki, təklif hazırlansın. Bu, ciddi məsələdir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti