...

Azərbaycan qanunvericiliyində olan “Lal-kar və kor”, “kəmağıllıq”, “şikəstlik” sözləri çıxarıldı

Siyasət Materials 19 Avqust 2022 17:26 (UTC +04:00)
Azərbaycan qanunvericiliyində olan “Lal-kar və kor”, “kəmağıllıq”, “şikəstlik” sözləri çıxarıldı

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının məcəllələrinə bir sıra dəyişikliklər edilməsi ilə bağlı qanunu imzalayıb.

Trend xəbər verir ki, dəyişikliyə əsasən, məcələllərdə mövcud olan bir sıra sözlər digər söz və ifadələrlə əvəz olunub.

“bədən qüsuruna” sözləri “fiziki çatışmazlıq”

“Lal-kar və kor” sözləri “Nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud olan”

“Kor” sözü “Görmə qabiliyyəti tam məhdud”

“qüsurları” sözü “pozuntuları”

“kəmağıllıq” sözü “əqli gerilik”

“şikəstlik” sözü “xəsarət”

“şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti