...

"Snayper həddi" beynəlxalq müsabiqəsi davam edir (FOTO)

Siyasət Materials 25 Avqust 2022 19:05 (UTC +04:00)
"Snayper həddi" beynəlxalq müsabiqəsi davam edir (FOTO)

Bakı. Trend:

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsi davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib. Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.
Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti