...

Antalyada erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib

Siyasət Materials 24 Sentyabr 2022 01:24 (UTC +04:00)
Antalyada erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində Azərbaycan Ordusuna dəstək və son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyi tərəfindən təşkil olunub.

Tədbirə siyasi partiyaların Antalyadakı təşkilatlarının sədrləri, təmsilçiləri, bölgənin icra hakimiyyətinin əməkdaşları, yerli və xarici QHT-lərin təmsilçiləri və digərləri qatılıblar.

Xəbər lenti

Xəbər lenti