Bakı. Trend:
“Media Reyestri şəhadətnaməsinin forması” təsdiq edilib.
Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara görə, Media Reyestrinə daxil edilmiş media subyektinin redaksiyası mövcud olduqda, Media Reyestri şəhadətnaməsinə “Media Reyestri şəhadətnaməsinin əlavə vərəqi” əlavə edilir.