...

Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Ermənistanın bütün anti-Azərbaycan cəhdləri dəf edilir - Sevil Mikayılova

Siyasət Materials 29 Oktyabr 2022 13:10 (UTC +04:00)
Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Ermənistanın bütün anti-Azərbaycan cəhdləri dəf edilir - Sevil Mikayılova

Bakı. Trend:

Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Ermənistanın bütün anti-Azərbaycan cəhdləri dəf edilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində döyüş meydanında qazanılan qələbə siyasi arenada da uğurla davam etdirilir.

"İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində Ermənistan hakim dairələri, erməni diasporu siyasi arenada heç bir uğur qazana bilməyib. Hər zaman özlərini yazıq, əzilmiş kimi göstərərək müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların yardımlarına bel bağlayan Ermənistanın bütün cəhdləri uğursuzluqla nəticələnir.

Ermənistan üçün sonuncu belə fiasko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası zamanı baş verdi. Ermənistan sessiyaya bel bağlayaraq hesab edirdi ki, KTMT-yə üzv ölkələrin dəstəyini qazanacaq və Azərbaycana qarşı hansısa bəyanatın verilməsinə nail olacaq.

Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş rasional siyasətin gücü bu məsələdə də özünü bir daha nümayiş etdirdi. Azərbaycanın KTMT-yə üzv ölkələrlə olan sıx əlaqələri Ermənistanın planlarını puç etdi", - deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, bu gün Ermənistan nəinki Qərbdə və ya Şərqdə, öz yerləşdiyi regionda da, üzvü olduğu təşkilatlarda da heç bir dəstək qazana bilmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı uğurlu diplomatiya Ermənistanın bütün cəhdlərini heçə endirib.

"Ermənistan baş naziri Nikol Paşinyan qatıldığı bütün görüşlərdə yardımlar istəyir, Azərbaycana qarşı dəstək axtarır. Lakin bütün bu görüşlər, beynəlxalq tədbirlər Paşinyan və Ermənistan üçün məyusluqla nəticələnir. Artıq Ermənistan bu tavtoloji çıxışları ilə siyasi liderləri, beynəlxalq təşkilatları da təngə gətirib. Ermənistana qarşı beynəlxalq ictimaiyyətin ironik münasibəti getdikcə daha da artır", - deyə S.Mikayılova vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti