...

Azərbaycan ilə Macarıstan arasında gənclər siyasəti və idman məsələləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib

Siyasət Materials 5 Noyabr 2022 01:28 (UTC +04:00)
Azərbaycan ilə Macarıstan arasında gənclər siyasəti və idman məsələləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı. Trend:

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman ilə görüşüb.

Trend Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, nazir F.Qayıbov səfirə ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübailəsi aparılıb.

Görüşdə səfirliyin birinci katibi Monika Felföldi də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti