...

Terroru törədənlər həm Türkiyəni, həm də Azərbaycanı qorxutmaq istəyirlər - Azər Qarayev

Siyasət Materials 15 Noyabr 2022 17:44 (UTC +04:00)
Terroru törədənlər həm Türkiyəni, həm də Azərbaycanı qorxutmaq istəyirlər - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən terror hadisəsi təkcə Türkiyəyə qarşı deyil, bizə qarşı da yönəlib. Bu terror hadisəsini törətməklə həm Türkiyəni, həm də Azərbaycanı qorxutmaq istəyirlər. Amma yanılırlar, nə Türkiyə, nə də Azərbaycan o dövlətlərdən deyil ki, kimdənsə qorxalar.

Bunu noyabrın 15-də Trend-ə açıqlamasında Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib.

A.Qarayev hesab edir ki, bu cür terror hadisəsi törətməklə hansısa qüvvələr türk dövlətlərinin birliyinin qarşısını almağa çalışır.

“Bildiyiniz kimi, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi və bəyanat qəbul edildi. Bu terror hadisəsinin də onunla bağlı olma ehtimalı var, Türk dövlətlərinin birləşməsinə imkan vermək istəmirlər. Əlbəttə, bizi istəməyən dövlətlər az deyil. Bu, planlaşdırılmış bir terror hadisəsi idi.

Bu terror hadisəsi təkcə türkiyəli vətəndaşlara qarşı yönəlməyib, həm də Türkiyə dövlətinə qarşı yönəlib. Terror hər zaman qeyri-qanuni qüvvələrin dövlətlərə təzyiq vasitəsi olub. Bununla da həmin dövlətləri öz siyasətlərindən yayındırmağa, onlara təsir etməyə çalışıblar”, - deyə A.Qarayev vurğulayıb.

A.Qarayev xarici ölkələrdə olan səfirliklərimizin də təhlükəsizliyi məsələsinə toxunub. Polkovnik qeyd edib ki, yaxın zamanlarda Azərbaycanın səfirliklərinə qarşı hücumların şahidi olduq: "Səfirlikərimizin təhlükəsizliyinin təmin olunmasında həmin ölkələrin birbaşa məsuliyyəti var. Beynəlxalq konvensiyalara əsasən, hər bir ölkə öz ərazisində yerləşən səfirliklərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Son zamanlar Azərbaycan səfirliklərinə edilən hücumlar isə onu göstərdi ki, bəzi dövlətlər bu tələblərə tam əməl etmirlər. İlk növbədə, xarici ölkələrdə olan səfirliklərimiz də bu məsələyə xüsusi diqqətlə yanaşmalı və təhlükəsizlik tədbirlərinin arıtırlması üçün lazımi müraciətlər etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti