...

Kifayət qədər qanlı keçmişi olan Fransa kimi dövlətin humanizmdən danışmağa mənəvi haqqı yoxdur - Sevil Mikayılova

Siyasət Materials 16 Noyabr 2022 15:24 (UTC +04:00)
Kifayət qədər qanlı keçmişi olan Fransa kimi dövlətin humanizmdən danışmağa mənəvi haqqı yoxdur - Sevil Mikayılova

Bakı. Trend:

Fransa Senatının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın ərazı bütövlüyü və suverenliyinə qarşı qəbul etdiyi qərəzli və ədalətsiz qətnaməsi hiddət doğurur. Bu, Azərbaycana münasibətdə növbəti riyakarlıq, siyasi sinizmdir. Ölkə Senatının Fransanın milli maraqlarını bir ovuc erməni lobbisinin istəklərinə və hiyləsinə qurban verməsi anlaşılan deyil.

Trend-in məlumatına görə, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

"İlk növbədə, vurğulmaq istərdik ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin dinamik inkişaf etdiyi və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün göstərilən beynəlxalq səylərin fonunda Fransanın heç bir zaman mövcud olmadığı bölgədə yeni orbitr rolunu öz üzərinə götürmək cəhdi uğusuz siyasi gedişdir. Bu qərar heç öz cəmiyyətində belə ciddi qarşılanmır, bu, sadəcə heç bir hüquqi çəkisi olmayan siyasi riyakarlıqdır", - deyə S.Mikayılova qeyd edib.

O bildirib ki, əsrlər boyu xalqları və millətləri istila edən, kifayət qədər qanlı keçmişi olan Fransa kimi dövlətin humizmdən danışmağa mənəvi haqqı yoxdur. Onun tarixi öz xalqına belə utancgətirən cinayətlərlə doludur.

"Fransa parlamentarilərinın bu qərarı əslində Cənubi Qafqazda yeni gərginlik ocağı yaratmaq, illərdir Fransa hökumətənin müxtəlif coğrafiyalarda həyata keçirdiyi müstəmləkəçilik, irqçilik və millətçilik siyasətinin yeni proyeksiyasını cızmaq istəyindən xəbər verir. Yeni siyasi reallıqlarda öz rolunu yalnız dağıdıcılq, gərginlik, türkofob və islamafob meyillərini gücləndirməklə möhkəmləndirmək istəyən Fransa siyasi elitası təəssüf ki, Cənubi Qafqazın tarixi və siyasi ənənələrini bilmir, ya da bilərək yeniləmək istəyir. Bu cür təhlükəli siyasi təşəbbüslərin müəllifləri bilməlidrlər ki, bu gün fəal şəkildə istifadə etdikləri erməni aləti onların növbəti uğursuzluğu olacaq. Necə ki, Viyetnam, bir çox Afrika ölkələri, Şimali Amerikada ifşa olundular", - deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, keçmiş Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda ilk gündən ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik mandatını daşıyan Fransanın hər zaman qərəzli olması və təktərəfli qaydada Ermənistanı dəstəkləməsi onun əsl niyyətinin nə olduğunu dəfələrlə çox aydın şəkildə göstərib. Ədalətsiz və maraq güdən bir ölkə kimi Fransa çoxdan öz nüfuzunu itirib və ona görə də beynəlxalq məsələlərdə iştirakçılığı artıq hiddətlə qarşılanır.

"Özünü demokratik və dünyəvi dövlət hesab edən Fransaya bir daha bildirmək istəyirik ki, Azərbaycan 30 il işğala məruz qalıb, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə salınıb, ərazisində mədəni irsi və təbii sərvətləri talan edilib. Danışıqlar prosesinin qocaman iştirakçısının bu faktları görməməsi və ya gömək istəməməsi isə artıq təəccüb doğurmur. Belə çıxır ki, Fransa sülhün tərəfində deyil, regionda gərginliyin artmasında maraqlıdır.

Senatin qətnaməsini qətiyyətlə pisləyirik, regionda barış mühitinin formalaşdırıldığı həssas bir dönəmdə bu cür məsuliyyətsiz bəyanatların xalqlar üçün heç bir müsbət nəticə verməyəcəyini bir daha fransalı parlamentarilərin diqqətinə çatdırırıq", - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti