...

Ceyhun Bayramov Belarus XİN rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

Siyasət Materials 26 Noyabr 2022 19:47 (UTC +04:00)
Ceyhun Bayramov Belarus XİN rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə şənbə günü C.Bayramov özünün "Twitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti