Bakı. Trend:
Ermənistanda və digər ölkələrdə Azərbaycana qarşı qarayaxma kompaniyaları həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, dekabrn 10-da əvvəlcədən razılaşdırılmış ekoloji monitorinqin keçirilməsi etirazlarla qarşılandı.
"İki qrup erməni aktivistləri provakasiyalarla bunun qarşısını aldılar. Azərbaycan tərəfindən bu xoşniyyətli addımlar nəticə vermədikdən sonra azərbaycanlı aktivistlər məsələyə etiraz etdilər”, - C.Bayramov əlavə edib.