...

Vardanyanın cinayətkar planları əks effekt verdi - ŞƏRH

Siyasət Materials 22 Dekabr 2022 10:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti nümayəndələrinin Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyasının məqsədi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə ekoloji terrorun və təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsinin qarşısının alınmasıdır. Laçın yolu humanitar məqsədlər üçün açıqdır və indiyə qədər Rusiya sülhməramlıların xeyli sayda humanitar yükləri daşıyan avtomobilləri, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını Laçın yolundan maneəsiz şəkildə hərəkət edib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, azərbaycanlı etirazçılar sivil aksiya keçirir və heç bir halda yoldan humanitar yüklərin daşınmasına mane olunmur.

“Göründüyü kimi etirazçılar humanitar yüklə gedən avtomobillərə heç bir maneə yaratmır. Terrorçu Ruben Vardanyan məqsədli şəkildə məlumat yaymağa çalışır ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır. Burada Vardanyanı narahat edən humanitar məsələ deyil, Laçın yolundan öz cinayətkar əməlləri üçün istifadə edə bilməməsidir.

Vardanyan Azərbaycanın təbii sərvətlərini talan edib Laçın yolu ilə daşımaq istəyirdi, lakin indi onun bu cinayətkar planı alt-üst olub. Ona görə də o, humanitar böhran görüntüsü yaratmağa çalışmaqla vəziyyətdən çıxmaq istəyir. Ancaq hər kəs onun çirkab içində olduğunu bilir, ermənilər özləri də onu qəbul etmirlər, - deyə deputat bildirib.

O qeyd edib ki, Vardanyanın bu planı da artıq iflasa uğrayıb və Azərbaycan ərazilərində yaşayan ermənilər onun qanunsuz əməllərindən ciddi şəkildə narazıdırlar. “Artıq ermənilər Vardanyanın idarəçiliyini qəbul etmədiyini dilə gətirirlər və vəziyyətin sabitləşməsi üçün çıxış yolunu onun getməsində görürlər. Hamı başa düşür ki, iş adamı və çirkli biznesdə adı keçən Vardanyananın əsas məqsədi varlanmaq öz imkanlarını genişləndirməkdir”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında bildirib ki, erməni əsilli Ruben Vardaryanın birdən-birə Xankəndiyə köçməsi digər erməniləri də Qarabağa dəvət etməsi seperatçı rejimin əvvəlcədən planlanmış senarisi idi.

“Lakin heç separatçıların da gözləmədiyi nəticə yarandı. Öz diktaturasını quran Vardaryan bütün qərarları seperatçı rejim rəhbərliyinə danışmadan verir. Hazırda nəinki seperatçılar, hətta sıravi vətəndaşlar da bu diktatordan narazıdır. Bu xaincəsinə qurulmuş plan tam əks effekt verdi.

İndi də Vardaryan öz senarisini yazıb və dünyanı da bu uydurmacaya inanmağa çağırır. Hər şeydən əvvəl Azərbaycan ekonümayişçiləri yol bağlamayıb, sadəcə sivil beynəlxalq hüquqlarından istifadə edərək öz tələblərini irəli sürürlər. Yol açıq-aşkar görüldüyü kimi bağlı deyildi, indi də humanitar yardımlar gedir. Bu özü kifayətdir ki, yolun bağlı olmadığı görülsün.

Vardaryanı narahat edən yolun bağlı olması deyil, Azərbaycan aktivistlərinin tələbləridir. Çünki bildiyiniz kimi milli sərvətlərimiz talanır, bu da birbaşa separatçıların fəaliyyətini ayaq üsdə saxlamağa xidmət edir. Bu aksiyanın nəticəsindən asılı olmayaraq Vardaryan narahat olmaqda haqlıdır. Çünki Xankəndi yolundan silah daşıya bilmir, sərvətlərimizi talan edə bilmir. Bundan sonra da o bu planını reallaşdıra bilməyəcək”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan siyasi rəhbərliyi və seperatçılar unutmasınlar ki, artıq 90-cı illər deyil, indi daha güclü, daima inkişaf edən, beynəlxalq aləmin etibarlı tərəfdaşı olan Azərbaycan var.

“Ermənistandakı terrorçularının həm bu xalqın sərvətlərini talayıb, həm də beynəlxalq ictimaiyyətə vəziyyəti maksimum fəlakət həddində nümayiş etdirmək və bununla da Azərbaycana təzyiq formalaşdıqma cəhdləri uğursuzluqla nəticələnəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti