Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərində səfərdədir.
Trend xəbər verir ki, bu barədə bazar günü Azərbaycanın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.
"Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib", - deyə paylaşımda deyilir.