Bakı. Trend:
Türkiyə Qafqazda sülh və sabitliyə töhfə vermək üçün hər cür səy göstərir.
Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar "Fırtına" yeni nəsil haubitsalarının təqdimat mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, yerli və milli müdafiə sənayesinin inkişafı indi bizim üçün bir zərurət və milli gələcək mübarizəsidir.
""Fırtına" haubitsalarımız bu mübarizənin kritik elementi olaraq ordumuzun əməliyyat sahəsində döyüş qabiliyyətini artıracaq. Yerli və milli müdafiə sənayesi bütün dünyanın diqqətini çəkəcək addımlar atmağa və böyük uğurlara imza atmağa müvəffəq oldu", - deyə H.Akar əlavə edib.