...

QHT-lər “Human Rights Watch” və “Amnesty International”ın açıqlamalarına etirazlarını bildiriblər

Siyasət Materials 13 Yanvar 2023 16:03 (UTC +04:00)
QHT-lər “Human Rights Watch” və “Amnesty International”ın açıqlamalarına etirazlarını bildiriblər

Bakı. Trend:

Azərbaycanı Laçından Xankəndiyə gedən yolu bağladığına görə ittiham edən "Human Right Watch" və "Amnesty International" təşkilatına sosial şəbəkələrdə yerli qeyri-hökumət təşkilatları (QHT) tərəfindən cavab verilib.

Trend-in məlumatına görə, onlar qeyd ediblər ki, Laçın-Xankəndi yolunda etiraz aksiyalarını davam etdirənlərin məqsədi yolu bağlamaq deyil.

“Yol açıqdır və sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri qida vasitələrinin təminat maşınları, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi - Laçın yolu vasitəsilə sərbəst keçidinə aksiya iştirakçıları tərəfindən gündəlik əsasda şərait yaradılır”, - QHT-lərin məlumatında deyilir.

QHT-lər eyni zamanda, ermənilər tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarına və bu qanunsuzluğa göz yumulması faktını insan hüquq müdafiəçisi təşkilatlarının diqqətinə çatdırıb, onları bu məsələyə etirazlarını bildirməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti