...

Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir - XİN

Siyasət Materials 27 Yanvar 2023 23:42 (UTC +04:00)
Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir - XİN

Bakı. Trend:

Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və iki əməkdaşın yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyir.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko öz "Twitter" səhifəsində yazıb.

"Həlak olanın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə O.Nikolenko yazıb.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Xəbər lenti

Xəbər lenti