Bakı. Trend:
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov yanvarın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi.