...

Xocalı soyqırımı ən acı faciələrdən biridir - Cahit Bağcı (FOTO)

Siyasət Materials 26 Fevral 2023 11:37 (UTC +04:00)
Xocalı soyqırımı ən acı faciələrdən biridir - Cahit Bağcı (FOTO)

Bakı. Trend:

Xocalı insanlığa sığmayan vəhşi cinayətdir.

Trend xəbər verir ki, bunu Bakıda Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Xocalı soyqırımı insanlığa sığmayan dəhşətdir.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti