...

Rusiya Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiyasında lazımı məsləhətçi yardımı göstərəcək - XİN

Siyasət Materials 27 Fevral 2023 20:05 (UTC +04:00)
Rusiya Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiyasında lazımı məsləhətçi yardımı göstərəcək - XİN

Bakı. Trend:

Rusiya Azərbaycan və Ermənistan arasındakı sərhədin delimitasiyasında tərəflərin müraciəti əsasında lazımı məsləhətçi yardımı göstərəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilir ki, Rusiyanın xarici siyasət prioritetlərindən biri də Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərə uyğun olaraq normallaşmasına yardım etməkdir.

""Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimad və əməkdaşlığın bərpası üçün onların həyata keçirilməsini əsas şərt hesab edirik", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti