...

Bakıda keçirilən sammit mühüm platformadır - Qabonun vitse-prezidenti

Siyasət Materials 2 Mart 2023 14:30 (UTC +04:00)
Bakıda keçirilən sammit mühüm platformadır - Qabonun vitse-prezidenti
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qabon Azərbaycana Bakı şəhərində sammitin müvəffəqiyyətlə təşkilinə görə təşəkkür edir. Bu platforma yaranmış böhranın aradan qaldırılmasında mühüm vasitədir.

Trend-in məlumatına görə, bu barədə Qabonun vitse-prezidenti Roz Kristian Raponda bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında deyib.

Vitse-prezident pandemiyanın nəticələrinin indiyədək hiss olunduğunu qeyd edib. Qlobal pandemiya səhiyyə böhranından transformasiya olunaraq həm də iqtisadiyyat və ticarət üçün də təhlükə törədən böhrana çevrilib.

Qabon rəsmisi həmçinin iqtisadi problemlərin aradan qaldırılmasının mühüm element olduğunu və onsuz pandemiyaya qarşı effektiv mübarizənin mümkün olmadığını əlavə edib. Vitse-prezident bu kontekstdə ədalət prinsipinin əhəmiyyətini qeyd edib.

Roz Kristian Raponda Qoşulmama Hərəkatına üzv olan ölkələri iqtisadi problemlərin aradan qaldırılması üçün çoxtərəfli qarşılıqlı fəaliyyəti davam etdirməyə çağırıb. O həmçinin ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək geniş spektrə malik məsələlərin həlli üçün platformanın vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti