Bakı. Trend:
Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək narahatlıq ifadə etməməsi və bununla bağlı təsirli tədbirlər görməyə maraq göstərməməsi təəssüf hissi doğurur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırışında qeyd edilib.
"Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır.
Bununla əlaqədar insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına ünvanlandığımız bəyanat və müraciətlərdə, habelə xüsusi hesabatımızda işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı faktlar təqdim olunaraq, onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsi tələb edilmişdir", - deyə bildirilib.