...

Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yan keçməsinə aktiv şəkildə kömək edir - Ali Radanın televiziyası

Siyasət Materials 5 Aprel 2023 10:29 (UTC +04:00)
Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yan keçməsinə aktiv şəkildə kömək edir - Ali Radanın televiziyası

Bakı. Trend:

Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yan keçməsinə aktiv şəkildə kömək edir.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə Ukraynanın Təhlil və Strategiya Mərkəzinin rəhbəri İqor Çalenko Ali Radanın televiziya efirində deyib.

"Bunun bir sıra sübutu var. Elə Rusiyanın baş naziri Mişustinin sözlərini götürək. O, Ermənistanın bu işlərdəki rolunu vurğulayıb...2021-ci ildə Ermənistanın Rusiyaya ixracı 840 milyon dollar idisə, 2022-ci ildə bu artıq 2,4 milyard olub, yəni faktiki olaraq 3 dəfə artıb", - deyə o qeyd edib.

İ.Çalenko Ermənistanın özündə texnologiya məhsullarına qeyri-adi tələbatın olduğunu vurğulayıb.

"Amerika şirkətlərinin böyük qismi Ermənistana çip tədarük etməkdən imtina edir, çünki onlar anlayır ki, bu çiplər Rusiyaya gedəcək", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti