...

Rusiya XİN Ermənistan-Azərbaycan sərhəddində Aİ missiyasının rolunu destabilizəedici olaraq adlandırıb

Siyasət Materials 12 Aprel 2023 16:00 (UTC +04:00)
Rusiya XİN Ermənistan-Azərbaycan sərhəddində Aİ missiyasının rolunu destabilizəedici olaraq adlandırıb

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhəddində Aİ missiyasının rolunu destabilizəedici olaraq adlandırıb.

Trend bu barədə çərşənbə günü xəbər verir.

"Biz bundan əvvəl də oraya bu köhnəlmiş münaqişənin tənzimlənməsi ilə heç vaxt məşğul olmamış digər iştirakçı və ya strukturların cəlb edilməsinin həminki əlavə dəyərə, təsirə malik olmayacağını, kəskinləşmələrə, destabilizasiyaya gətirib çıxacağını, bunun üçün istifadə olunacağını və nəzərdə tutulan sülh tənzimlənməsindən uzaqlaşdıracaq", - Rusiya XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Xatırladaq ki, 23 yanvar 2023-cü ildə Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhəddinə növbəti missiya göndərməyə razılıq verib. Qeyd olunduğu kimi, missiyanın ilkin mandatı iki il üçün nəzərdə tutulub, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti