...

Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam

Siyasət Materials 26 May 2023 13:55 (UTC +04:00)
Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti