...

Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi - Paşinyan

Siyasət Materials 20 İyun 2023 15:08 (UTC +04:00)
Sarkisyan Bakının müharibəyə daha yaxşı hazırlaşmasına imkan verdi - Paşinyan

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı və komandasını Azərbaycanın müharibəyə daha yaxşı hazırlaşmasına imkan yaratmaqda ittiham edib.

Trend erməni mediasına istinadən xəbər verir ki, N.Paşinyan bu barədə 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

"Sarkisyan və komandası Qarabağ məsələsinin həlli kontekstində şübhəli şüar irəli sürdülər: "Pis" danışıqlar "yaxşı müharibə"dən yaxşıdır. Onlar hələ də başa düşməyiblər və ya artıq başa düşüblər ki, bununla Bakıya müharibəyə hazırlaşmağa vaxt veriblər", - deyə o bildirib.

Xatırladaq ki, bundan əvvəl də Paşinyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Qarabağ proseslərini dolaşığa salmaqda, ikinci prezident Robert Köçəryanı Qarabağı danışıqlardan çıxarmaqda ittiham etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti