...

Ötən il Bakıdakı səfirlik Britaniya ixracatçılarına 200 milyon funt sterlinqdən çox dəyərə sahib sövdələşmələr bağlamağa kömək edib - Ferqus Ould

Siyasət Materials 22 İyun 2023 20:02 (UTC +04:00)
Ötən il Bakıdakı səfirlik Britaniya ixracatçılarına 200 milyon funt sterlinqdən çox dəyərə sahib sövdələşmələr bağlamağa kömək edib - Ferqus Ould

Bakı. Trend:

Ötən il ərzində Böyük Britaniyanın Bakıdakı Səfirliyi Britaniya ixracatçılarına qeyri-enerji sektorlarında, o cümlədən pərakəndə satış, dəniz nəqliyyatı, texnologiya, minalardan təmizləmə, kənd təsərrüfatı və səhiyyə sahələrində 200 milyon funt sterlinq dəyərində sövdələşmələrin bağlanmasına kömək edib.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould bu gün Bakıda keçirilən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramına - Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.

"Bəzi yeniliklər var ki, onları indi gözləyirik, məsələn, Azərbaycanın Qadınlar, Sülh və Təhlükəsizlik üzrə ilk Milli Fəaliyyət Planını təsdiq etməsi. Biz həmçinin "Bir günlük Böyük Britaniyanın səfiri" müsabiqəsini təşkil etdik və müsabiqənin qalibi Cahan Ağayeva mənim köməyimlə səfirliyin fəaliyyəti ilə yaxından tanış ola bildi", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti