...

Ceyhun Bayramov Macarıstan XİN rəhbəri ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Sentyabr 2023 16:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” (Twitter) hesabında qeyd edilib.

Təkbətək görüşdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş davam edib.

Görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Ölkələrimiz arasında strateji dialoqun ilk iclası keçirilib.

Xatırladaq ki, Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə gedib.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Nazir səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti