Bakı. Trend:
9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.
Trend xəbər verir ki, bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.
Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.