...

Azərbaycanı antiterror tədbirlərinə separatçılar təhrik etdilər - Avstriya nəşri Qarabağdakı vəziyyətdən yazır

Siyasət Materials 20 Sentyabr 2023 13:04 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qarabağda erməni separatçıların nəzarət etdiyi hərbi obyektlərə uğurla hücum edərək, onları məhv edib. Bununla belə, heç bir mülki obyekt zərər görməyib, həmçinin, mülki şəxslərin ölümü və ya yaralanması barədə məlumat daxil olmayıb.

Trend xəbər verir ki, bu barədə Avstriyanın "Das Fazit" onlayn qəzetində dərc olunan məqalədə deyilir.

"Bir neçə ay idi ki, Azərbaycan Ermənistanı sülh sazişi imzalamağa təşviq etməyə çalışırdı. Azərbaycan bütün bunları diplomatiyanın köməyilə edirdi.

Adətən, bir yanlış addım bəs edir ki, əldə olunan bütün razılaşmaların üzərindən xətt çəkilsin. Sentyabrın 19-da Azərbaycanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu yük maşını erməni hərbi birləşmələrinin yerləşdirdiyi minaya düşüb. Əməkdaşlar yerindəcə həlak olublar. Elə həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən yük maşını qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həlak olublar.

Nəticədə Azərbaycan Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə və Ermənistan silahlı qüvvələrinin qalıqlarına yönəlmiş lokal xarakterli antiterror tədbirlərinə başlayıb", - məqalədə deyilir.

Qeyd olunub ki, indi Qarabağdakı separatçılar Azərbaycana danışıq aparmaq üçün müraciət edirlər.

"Lakin artıq çox gecdir. Azərbaycan açıq şəkildə göstərdi ki, yeganə şərt Qarabağdakı separatçıların silahları təhvil verərək getməsidir. Boşuna vaxt sərf etmək lazım deyil", - deyə müəlliflər vurğulayır.

Məqalənin tam versiyasına aşağıdakı link vasitəsilə keçid edə bilərsiniz.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti