...

Qarabağdakı mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir (VİDEO)

Siyasət Materials 26 Sentyabr 2023 09:37 (UTC +04:00)
Qarabağdakı mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.

Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.

Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti