...

Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə yanğınsöndürmə briqadası göndərib (FOTO/VİDEO)

Siyasət Materials 26 Sentyabr 2023 17:10 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Xankəndi şəhəri yaxınlığında yanacaq doldurma məntəqəsində baş vermiş partlayışdan sonra yaranmış yanğını lokallaşdırmaq məqsədi ilə hadisə yerinə Ağdam və ətraf rayonlardan yanğın söndürmə texnikaları və canlı qüvvə göndərilib.

Trend xəbər verir ki, texnikalar və canlı qüvvə funksional olan Ağdam-Əsgəran-Xankəndi yolundan keçərək Xankəndi şəhərinə doğru hərəkt edib.

Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Xəbər lenti

Xəbər lenti