...

Prezident İlham Əliyev: Daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın

Siyasət Materials 9 Dekabr 2023 10:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın

Bakı. Trend:

Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Bizim iqtisadi fəaliyyətimiz uğurludur. Bizim iqtisadiyyatımız özümüzü təmin edir, biz xarici kreditlərdən asılı deyilik. Qeyd etdiyim kimi, növbəti il xarici borc ÜDM-in, sadəcə, 7 faizini təşkil edəcək. Bizim konvertasiya olunan valyuta ehtiyatlarımıza və xarici borcumuza baxsanız görərsiniz ki, konvertasiya olunan valyuta ehtiyatlarımız borcdan on dəfə çoxdur. Beləliklə, başqa sözlə desək, biz bir ay içində xarici borcumuzu ödəyə bilərik. Dünyada bunu edə biləcək çox ölkə yoxdur.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

“Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik - bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli var, lakin bu sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti