...

Qarabağ zəfərinin daha bir əhəmiyyəti: Azərbaycana etimad artıb (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 15 Dekabr 2023 17:51 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi ən təhlükəsiz ölkələrdən biri hesab edilir. Azərbaycan qlobal çağırışların müzakirə edildiyi bir çox beynəlxalq konfranslara və forumlara ev sahibliyi edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi bir daha ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir.

Məsələ ilə bağlı Trend-ə müsahibə verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün dünyada Azərbaycana çox böyük etimad var.

“Bu, həm Azərbaycanın apardığı uğurlu xarici siyasətlə bağlıdır, eyni zamanda, Qarabağ zəfərinin də Azərbaycanın nüfuzunun artmasında rolu var. Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasət ölkəmizə marağın artmasına imkan verir”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Xəbər lenti

Xəbər lenti