...

Cənubi Qafqaz ölkələrinin əməkdaşlığının genişləndirməsi hər kəs üçün xeyirli olacaq - Cevdet Yılmaz

Siyasət Materials 19 Dekabr 2023 21:48 (UTC +04:00)
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığının genişləndirməsi hər kəs üçün xeyirli olacaq - Cevdet Yılmaz
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz regionuna kənardan fərqli niyyətlərlə müdaxilə olmadığı təqdirdə, bu regiondakı ölkələrin əməkdaşlıqlarını genişləndirməsi hər kəsin rifahı üçün xeyirli olacaq.

Trend xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

“Ümid edirik ki, gələcək illərdə Qafqazda əməkdaşlıqlardan, layihələrdən bəhs edəcəyik. Bu hər kəsin xeyrinə olacaq”,- deyə C.Yılmaz bildirib.

Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

“Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti