ŞƏT-in müşahidəçilər missiyası Bakıya gəldi

Siyasət Xəbər 5 Fevral 2024 16:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.

Trend xəbər verir ki, ŞƏT-in mətbuat xidmətindən məlumat yayıb.

Məlumata görə, müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.

Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti