...

Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb

Siyasət Materials 28 Fevral 2024 12:03 (UTC +04:00)

Bakı. Trend:

Hərbi qulluqçumuz əlverişsiz hava şəraitində hərəkət istiqamətini itirərək azıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti