...

Qazaxıstan xalqı Azərbaycanın tarixi qələbəsi ilə bağlı böyük sevinc hissi keçirib - Kasım-Jomart Tokayev

Siyasət Materials 11 Mart 2024 19:37 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib.

Trend xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan Qazaxıstan Prezidenti deyib:

“Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir”.

Xəbər lenti

Xəbər lenti