...

Bu forum dünyada sabitlik, bərpa üçün olduqca əhəmiyyətlidir - Latviyanın sabiq prezidenti

Siyasət Materials 14 Mart 2024 14:10 (UTC +04:00)
Bu forum dünyada sabitlik, bərpa üçün olduqca əhəmiyyətlidir - Latviyanın sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu beynəlxalq hüquqa uyğun aparıldı.

Bu barədə Trend-ə özəl açıqlamasında Latviyanın sabiq prezidenti (2019-2023) Egils Levits deyib.

O qeyd edib ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən 30 ildən çox işğal altında qaldı.

“Əlbəttə, Azərbaycan illərlə bu məsələnin sülh yolu ilə həllini gözlədi. Lakin bu mümkün olmadı. Bu səbəbdən Azərbaycan öz torpaqlarını işağldan azad etdi. Bu beynəlxalq hüquqa uyğun aparıldı”,- deyə o bildirib.

XI Qlobal Bakı Forumunun əhəmiyyətindən bəhs edən Egils Levits bildirib ki, illərdir davam edən bu forum dünyada sabitlik, bərpa üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti