...

Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının Bakıda keçirilməsi ilə bağlı saziş təsdiqlənib

Siyasət Materials 14 Mart 2024 14:57 (UTC +04:00)
Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının Bakıda keçirilməsi ilə bağlı saziş təsdiqlənib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsinə dair sazişi təsdiqləyib.

Trend-in xəbərinə görə, dövlət başçısı bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sənəd 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti