Bakı. Trend:
Bütün vətəndaşlar üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün minalardan təmizləmə səylərində Azərbaycanla həmrəyik.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın “X” sosial şəbəkə hesabında bildirib.
Bərpa və yenidənqurma istiqamətində yol uzundur. Qlobal dəstək sayəsində minalarsız dünyaya doğru irəliləyişə nail ola bilərik
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.